Fazil Mustafa: “Biz buna cavab verməliyik"

Fazil Mustafa: “Biz buna cavab verməliyik"

Milli Məclisin bugünkü iclasında millət vəkili Fazil Mustafa sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı mətbuatda gedən bəzi yazılarla bağlı münasibət açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, G.Əhmədovanın adını çəkmədən danışan F. Mustafa bildirib ki, bir deputata görə, bütün parlamenti hədəfə almaq olmaz: "Biz buna cavab verməliyik. Göstərişlə hərəkət edənlər iddia edirlər ki, guya millət vəkillərinə göstəriş verilib ki, bu mövzu barədə danışmayaq. Axı kimə göstəriş verilib? Onsuz da bu məsələ ilə bağlı mətbuatda açıqlamalar veririk. Bir millət vəkilinin hərəkətinə görə, bütün millət vəkillərinə hörmətsizlik edirlər, parlamentin buraxılmasını tələb edirlər. Belə tələblə çıxış etmək olar. Amma bir millət vəkilinə görə yox. Bir redaktorun nalayiq hərəkətlərinə görə "Azadlıq" qəzeti və ya AXCP fəaliyyətini dayandırdı ki, parlament də buraxılsın?! ".

G. Əhmədova məsələsinə millət vəkili Sahib Alıyev da öz növbəsində münasibət bildirib: "Paralmentin qarşısında etiraz etmək istəyirlər. Nəyə etiraz edəcəklər? Ona etiraz edəcəklər ki bir nəfər rüşvətlə deputat olmaq istəsə də ola bilməyib?"

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə