Biz hər zaman regionda bütün ölkələrin və xalqların sülh şəraitində yaşamasının tərəfdarı olmuşuq. Buna görə də Dağlıq Qarabağ probleminin həlli vacib məsələdir. SİA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Nazirin sözlərinə görə, Türkiyə Azərbaycanın Dağlıq Qarabağ nizamlanması prosesində tutduğu ədalətli mövqeyi həmişə dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək. Ə.Davudoğlu Ermənistanı Azərbaycan torpaqlarını işğaldan azad etməyə və Cənubi Qafqazda sabitliyi və sülhü bərpa etməyə, eyni zamanda da ATƏT-in Minsk Qrupunu münaqişənin nizamlanması istiqamətində fəaliyyətini gücləndirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB