XİN fəaliyyətini gücləndirib

İşğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısı alınacaq

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısını almaq üçün fəaliyyətini genişləndirir. SİA-nın verdiyi məlumata görə, bu barədə jurnalistlərə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

E.Abdullayev açıqlamasında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik missiyalarına bu istiqamətdə işləri gücləndirməklə bağlı tapşırıq verilib. Onun sözlərinə görə, XİN litvalı musiqiçilərin Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər etmələri ilə əlaqədar Litva Xarici İşlər Nazirliyinə göndərdiyi notasında öz narazılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə