Elşən Manafov: "Müxalifətin məlum qanadının fəaliyyəti bir qayda olaraq xarici dövlətlərin siyasi dairələri tərəfindən maliyyələşdirilir"
Müsahibimiz Demokratik Sol Partiyasının sədri Elşən Manafovdur
- Elşən müəllim, dağıdıcı müxalifət yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyi planlaşdırır. Uzun müddət susan və hər hansı bir fəaliyyəti ilə diqqəti cəlb edə bilməyən müxalifətin gözlənilmədən fəallaşması nə ilə izah oluna bilər?
- Müxalifət düşərgəsini təmsil edən qüvvələrin bu ayın 13-də icazəsiz aksiyaların keçirilməsini təyin etməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Demək olar ki, uzun müddət susan və hər hansı bir fəaliyyəti ilə diqqəti cəlb edə bilməyən müxalifətin gözlənilmədən fəallaşaraq icazəsiz aksiyalar keçirməkdə məqsədi gələn il keçiriləcək prezident seçkilər ilə də əlaqələndirmək olar. Çünki müxalifət qüvvələr belə aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyir.
- Müxalifət qüvvələrinin gözlənilmədən icazəsiz yürüş mitinqi keçirtmək qərarının verməsinin arxasında hər hansı bir daxili və xarici qüvvələrin dayandığını söyləmək olarmı?
- Təbii ki, müxalifət qüvvələri tərəfindən icazəsiz aksiyaların keçirilməsinin arxasında hansısa xarici qüvvələrin dayandığını demək olar. Yəni, müxalifət qüvvələrinin icazəsiz keçiriləçək aksiyalarının arxasında Azərbaycanda sabitliyin pozulması istiqamətində maraqlı olan xarici qüvvələrin dayandığını söyləmək olar. Demək olar ki, müxalifətin məlum qanatının fəaliyyəti bir qayda olaraq xarici dövlətlərin siyasi dairələri tərəfindən maliyyələşdirilir. Yəni bunlar siyasiləşmiş təşkilatlar olsalar belə təəssüflər olsun ki, regionda geosiyasi maraqları olan dövlətərin sifarişini həyata keçirirlər. Bir sözlə, Azərbaycan dövlətinin hər tərəfli inkişafı xaricdə olan qüvvələri çox narahat edir. Bunun da səbəbi ölkəmizin inkişafıa xarici qüvvələrinin qısanclıq hissi ilə yanaşmasıdır. Amma istər xarici qüvvələrin, istərsədə müxalifət təmsilçilərinin ölkəmizlə bağlı olan bu çirkin niyyətləri gərçəkləşməyəcək.
- Müxalifət qüvvələri bu cür icazəsiz aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyirmi?
- Təbii ki, hər zaman müxalifət düşərgəsini təmsil edən qüvvələr gündəmdə qalmaq üçün müxtəlif yolara əl atır. Yəni, həmin qüvvələr ölkədə nə isə bir xoşagəlməz hərəkətlərə əl atmaqla gündəmi zəbt etmək istəyir. Ümumiyyətlə, bu gün müxalifət qüvvələrinin heç bir siyasi gücü yoxdur ki, onlar nə isə bir fəaliyyət göstərə bilsinlər. Eyni zamanda, müxalifətin xalq tərəfindən heç bir dəstəyə yoxdur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB