Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Menye ilə görüşüb. Əli Əhmədov Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə mövcudluğunun məmnunluq doğurduğunu və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfir Paskal Menye iki ölkə arasındakı əlaqələrin sıx dostluq münasibətlərinə söykəndiyini qeyd edib, qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə YAP İcra katibinin müavini Siyavuş Novruzov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB