Dəyənək müxalifətin taktikasıdır

Dəyənək müxalifətin taktikasıdır

Cümşüd Nuriyev: "Aksiyada dəyənəklərlə polislərə müqavimətin göstərilməsi metodundan müxalifət istifadə edib"

"Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya tamamilə qeyri-qanunidir. Bunlar bu qədər İslam dinini sevirlərsə, o zaman İslamda qoyulmuş digər qadağaları da gündəmə gətirsinlər. Hicabla irəli sürülən iddiaların heç bir əsası yoxdur. Çünki Quranın müxtəlif surələrində hicabla bağlı tam açıqlama var ki, onlar ancaq sinələrini örtməlidir. Ümumiyyətlə hicab ərəbcə, abır, həya bərdəsi mənasında işlənir." - bu sözləri "Səs" qəzetinə açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə Azərbaycanda bunun gündəmə gətirilməsi ümumiyyətlə əsassızdır. Azərbaycan dünyəvi bir dövlətdir. Bu konstitutisyada da təsbit olunub. Azərbaycan Şərqin ən demokratik dövlətlərdən biridir. O dərəcədə ki, Türkiyə ilə bərabər tutulacaq qədər. Hətta bizdə tolerantlıq Türkiyədən də üstündür. Azərbaycanda dinindən, dilindən asılı olmayaraq bütün insanlara qarşılıqlı hörmət var. Mən inanmıram ki, Suriyanın Azərbaycanla hər hansı bir problemi olsun. Orda təhsil alan adamlardan istifadə edilməsinin arxasından baş məqamlar çıxacaq. Mütləq İran kartı mütləq rol oynayacaq. 4 nəfərin Suriyada təhsil alması heç nəyi həll etmir.

Müxalifətin bu məsələdə mövqeyinin əsassız olduğunu qeyd edən C.Nuriyev qeyd etdi ki, bundan müxalifətin istifadə etməyə çalışması, əvvəla müxalifətin İslam dinini bilməməsi ilə bağlıdır. Bu qüvvələrin Azərbaycanda nəyisə dəyişəcəyinə inanırlarsa, onda müxalifət bədbəxt mövqedədir. Onların aksiyada dəyənəklərlə polislərə müqavimətin göstərilməsi metodundan müxalifət istifadə edib. Bunların arasında müxalifət partiyasında olanlarda var.

Daha sonra C.Nuriyev bildirdi ki, mən aksiya zaman həmin yerdən keçərkən özüm şahidi oldum ki, onlar polisin üzərinə belə aqressiv gəlməsi müsəlmançılıqdan danışan insana uzaq bir şeydir. Bunların əksəriyyəti elə bil ki, özlərində deyildi. Yəni əvvəldən hazırlanmış və aqressivlik müşahidə olunurdu. İstifadə etdikləri dəyənəklər boyanmış və mismarlı şəkildə idi. Onlar polisə dəyən kimi polisi yaralayırdı. Bunların hamısı müxalifətin sınaqdan keçirdiyi metodlardı. Təəssüflər olsun ki, o metodlardan islam müstəvisində yararlanmaqdan çalışırlar.

İran Azərbaycanı hər hansı bir məsələdə şantaj etməlidir. Aksiyada Suriyada təhsil alanların olması heç nəyisə həll edə bilmir. Bunun arxasından mütləq İran çıxacaq. Çünki Bəşər Əsər öz hayındadı. Azərbaycanın Suriya ilə bağlı elə problemi yoxdur. İran Bəşər Əsəd yıxılır deyə ortaya atır ki, guya bunlar bölgədə vəziyyəti qarışdırırlar. Onsuz da bölgədə vəziyyəti qarışdıranlardan biridir. İran Quranın qoyduğu qaydaları özü pozur. Ümumilikdə, haqsız danışmaqda, Azərbaycanın daxili işlərinə qarışmaqda, xüsusilə ermənilərə üstünlük verməkdə İran hakimiyyətinin siyasətini həyata keçirir, heç də allaha xidmət eləmir.

Babək HACİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə