Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam şəhərinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilib. SİA-nın məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçiriblər.
Anjey Kasprşik jurnalistlərə açıqlamasında monitorinqin normal keçdiyini, hər hansı insident qeydə almadıqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB