"II Bakı Beynəlxalq Humanitar Forumu çox mühüm bir hadisə idi. 60 ölkədən təxminən 700-ə yaxın nümayəndənin iştirak etdiyi bu Forum Azərbaycan həqiqətlərinin dünya çatdırılması baxımından olduqca əhəmiyyətli idi". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan təkcə İslam mədəniyyətinin paytaxtı deyil, eyni zamanda bu mədəniyyətə, sivilizasiyaya konkret töhvələr verə bilən dövlətdir: "Humanitar Forumda ölkə prezidentinin çoxməzmunlu çıxışı oldu. Cənab prezident qeyd etdi ki, ölkəmiz Humanitar Foruma ev sahibliyi etsə də, vaxtilə böyük Humanitar fəlakətlə üzləşib. Belə ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz öz yurd-yuvalarından didərgin düşüb. Ölkə prezidenti bunu böyük bir auditoriya qarşısında "Nobel" mükafatçılarının, keçmiş eks-prezident və baş nazirlərin iştirak etdiyi tədbirdə bir daha qonaqların diqqətinə çatdırdı. Dövlət başçısı həmçinin bildirdi ki, Azərbaycan hazırda sivilizasiyalar arasında dialoqu aparan əsas məkandır. Bununla belə ölkəmiz burada körpü funksiyası oynayır. Azərbaycan həmçinin Beynəlxalq sülhə, təhlükəsizliyə xidmət göstərir və öz töhvələrini verir".
E.Nəsirli hesab edir ki, Forum çərçivəsində imzalanan yekun bəyannamə və orada əksini tapan müəyyən maddələr nəticə etibari ilə müxtəlif sahələrdə mübadiləyə və əməkdaşlığa xidmət edir: "Bununla belə bu Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında çox geniş pəncərə açır və ölkəmizi dünyaya birdaha tanıdır. Hesab edirəm ki, Humanitar Forum qarşısına qoyduğu məqsədə çatdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB