Serj Sarkisyan yenə sayıqladı

Serj Sarkisyanın "Reuters" agentliyinə verdiyi müsahibədə sayıqlaması bir daha göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Bunu SİA-ya Millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bununla da S.Sarkisyan öz dili ilə digər bir ölkənin ərazisini işğal etdiyini təsdiqləyib: "Digər tərəfdən S.Sarkisyanın bu bəyanatı ona dəlalət edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar Ermənistanın siyasəti nəticəsində dalana dirənib. Bununla da, bütün regionda davam edən işğal üçün məsuliyyət adıçəkilən bu dövlətin üzərinə düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə