Elşad məni tapıb görüşüb, mən onu yox. Millət vəkili Çingiz Qənizadə SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevlə Strasburqdakı görüşünü belə xarakterizə etdi:
"Oktyabrın 3-də Fransada mühacirətdə olan Elnur Məcidli qaldığım otelə gələrək məni tapdı və Elşad Abdullayevin mənimlə görüşmək istədiyini bildirdi. Görüşdə mənim təşəbbüsümlə Strasburqda olan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı da iştirak edirdilər. Mən ona aqressiv, kobud formada necə biri olduğunu dedim. Görüş təxminən bir saat çəkdi. İlkin olaraq mən məlum yazımda qaldırdığım məsələləri bir daha konkret faktlarla onun özünə bildirdim. Qeyd etdim ki, məhz o minlərlə insanı qanunsuz yollarla univeristetə qəbul edib. Elşad Abdullayev heç bir ciddi əks arqument gətirə biməyərək söhbəti əsasən onun qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı məsələyə yönəltdi. Biz, ona Mahir Abdullayevin itkin düşməsi ilə bağlı fakta təəssüf etdiyimizi bildirdik. Səhəri gün isə E.Abdullayev qardaşının itkin düşməsi ilə bağlı müraciətini yazılı formada hüquq müdafiəçilərinin qaldığı otelə göndərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB