Suriyada baş verən proseslər bütün region dövlətləri üçün o cümlədən Türkiyə üçün problemlər yaradır. SİA-nın xəbərinə görə, bunu Səstv-yə müsahibəsində "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib. Baş redaktorun sözlərinə görə, buna nümunə kimi humanitar fəlakətlər göstərilə bilər: "Məlum məsələdir ki, Türkiyədə kifayət qədər Suriyalı qaçqınlar var. Bununla belə, mütəmadi olaraq Suriya tərəfindən Türkiyə ərazisinə artileriya qurğularından mərmilər atılır. Bu da təbii ki, Türkiyə vətəndaşları üçün problemlərə yol açır. Hesab edirəm ki, Türkiyə son ana qədər hərbi müdaxiləyə yol verməyəcək. Tükiyə indiki məqamda baş verən hadisələri izləməyə daha çox üstünlük verəcək. Düşünürəm ki, Türkiyə bu prosesdə kifayət qədər soyuqqanlı davranmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB