Hərbi xərclər artacaq

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ problemi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Əgər bu da olmasa təbii ki, münaqişə müharibə yolu ilə həllini tapacaq". SİA-nın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Prezident özü də açıq şəkildə bildirib ki, danışıqlar artıq dalana dirənib: "Ermənistan prezidenti Serj Sarkisyan da "Reuters" agentliyinə verdiyi müsahibəsində bildirib ki, o sağlığında Dağlıq Qarabağ problemini həll olunmuş görəcək və DQ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi artıq bu danışıqların başa çatdığını bilir və bununla da növbəti addımların atılmasının fərqindədir. Azərbaycan peşəkar ordu qurmalı və hərbi xərcləri daha da artırılmalı və beləcə öz torpaqlarını geri qaytarmalıdır. Bununla da ermənilər görməlidirlər ki, Azərbaycan atdığı bütün addımları boş-boşuna söz xətrinə demir".

Bütün xəbərlər Facebook səhifəmizdə