Rəşidə Dati: "Avropa ölkələri Azərbaycandan dərs götürsün”.

Rəşidə Dati: "Avropa ölkələri Azərbaycandan dərs götürsün”.

"Azərbaycan çoxmədəniyyətliliyin inkişafı baxımından bir çox dünya ölkələrinə nümanə ola bilər". SİA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Xanım Datinin sözlərinə görə, Azərbaycanda çoxmədəniyyətlilik cəmiyyətin birliyini təmin etdiyi halda bir sıra Qərb ölkələrində isə çoxmədəniyyətlilik bölgüyə gətirib çıxarır: "Odur ki, bir çox Avropa ölkələri, o cümlədən Fransa çoxmədəniyyətlilik baxımından başqalarına dərs deyirlər. Amma onlar bu sahədə və bir çox məsələlərdə, çox mədəniyyətlilik baxımından Azərbaycandan dərs götürə bilərlər".

Qonaq həmçinin qeyd edib ki, Azərbaycanda çoxmədəniyyətliliyin stimullaşdırılması və inkişafı Avropa və digər ölkələr üçün ciddi faktor ola bilər. Azərbaycandakı mövcud çoxmədəniyyətlilik digər ölkələrə də yayılsa bu çox mühüm şərait yaradar.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə