Eks nazir Minsk Qrupuna çağırış edib

Eks nazir Minsk Qrupuna çağırış edib

"Azərbaycan Yunansıtan münasibətlərində yeni inkişaf dövrü başlayır". SİA-nın xəbərinə görə, bu sözləri açıqlamasında Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyanis deyib.

O bildirib ki, Azərbaycan və Yunanıstan münasibətləri bütün sektorlarda inkişaf edir, bundan sonra da davam edəcək. Keçmiş xarici işlər naziri bizi daha çox narahat edən, əsas mövzu Dağlıq Qarabağ məsələsinə də toxunub.

"Əfsusular olsun ki, bir vaxtlar bu münaqişənin həll edilməsi çox yaxın olsa da, indi bu məsələdə durğunluq mövcuddur. Biz hər zaman Azərbaycanın yanında olan bir dövlət kimi beynəlxalq ictimaiyyəti xüsusilə, ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmağa çağırırıq"- deyə, eks nazir qeyd edib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə