"Bakılılar bu forumla fəxr etməlidirlər"

"Bakılılar bu forumla fəxr etməlidirlər"

"Bakıda keçirilən Beynəlxalq Humanitar Forum mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Tacikistanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Zuev deyib.

"Bugünkü forum gözəl hadisədir, forumda xeyli tanınmış, görkəmli qonaqlar, siyasi və mədəniyyət xadimləri iştirak edirlər"- deyən, A. Zuev bildirib ki, forum çərçivəsində müasir dünyanı necə dəyişmək və regionun bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi üçün nə etməyin lazım olduğu müzakirə edilir.

"Bakının yaxşı mənada çox sürətlə dəyişdiyini görmək xoşdur. Bakılılar forumun keçirilməsi faktı və öz şəhərlərinin gözəlliyi ilə fəxr etməlidirlər" - deyə, o qeyd edib.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə