Biz bu gün dostlarımızla birgə Beynəlxalq Humanitar Forunun işində iştirak edirik. Bu forum vasitəsilə biz yeni-yeni əlaqələr qururuq. SİA-ya açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirib ki, bunu Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Beynəlxalq Humanitar Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Prezident çıxışında əsas diqqəti Dağlıq Qarabağ məsələsinə və onun ətrafında Ermənistan rəhbərliyinin apardığı yalan kampaniyasına yönəldib. Dövlət başçısı bildirib ki, bütün danışıq limitləri qurtarıb və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının aranmasında Ermənistan tərəfi beynəlxalq təşkilatların, BMT-nin və digər təşkilatların qərar və qətnamələrinə riayət etməlidir", - rektor deyib.
Kamal Abdulla qeyd edib ki, biz bunun başqa yolunu görmürük və bu məsələdə son dərəcə israrlıyıq. İcmaların görüşünə münasibət bildrən Prezident bildirib ki, Azərbaycan tərəfi dəfələrlə dialoq üçün imkan yaradıb, lakin erməni tərəfi hər dəfə bir bəhanə ilə prosesi pozur: "Erməni tərəfi ilə görüşəndə bir məsələdə israr edirlər ki, gəlin siyasətdən danışmayaq. Mən də dəfələrlə qeyd etmişəm ki, bəs biz nədən danışmalıyıq? Havadan, yoxsa sudan? Bəs biz Qarabağ problemindən danışmasaq necə bu məsələni həll edə bilərik?".
Prezident İlham Əliyev deyib ki, bizim mövqeyimiz bəllidir: "Əvvəlcə onlar bizmlə razılaşsınlar ki, bunu həll edib sonra hər-hansı danışıq apara bilək. Amma onlar bu məsələni siyasətdən, Dağlıq Qarabağdan kənarda söhbət etmək istəyirlər. Əblbəttə, bu da mümkün deyil. Onlar daha çox danışıqlardan qaçmağa meyillidirlər. Hər bir danışıq Azərbaycanın xeyrinədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB