Ramiz Mehdiyev: "Kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq"
"İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayev məsələsi ilə bağlı fikir bildirərkən deyib.
PA rəhbəri məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirildiyini qeyd edib: "Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək. O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də var. Onlar üçün ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB