Uzun illərdir ki, Azərbaycan və Qırğızıstan gəncləri arasında ortaq işbirliyi mövcuddur. Bunu SİA-ya "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev Bakıda "Azərbaycan – Qırğız gənclərinin I Forumu"nda iştirakı zamanı deyib. Onun sözlərinə görə, bu işbirliyinin önəmli cəhəti odur ki, Qırğızıstan tərəfi əsasən Azərbaycan təcrübəsinə müraciət edir və gənclər sektorunda həyata keçirilən dövlət siyasətini öyrənir: "Həmin təcrübəni qarşı tərəf həmçinin öz nazirliklərində və gənclər siyasətində tətbiq etməyə çalışır. Bu eyni zamanda onun göstəricisidir ki, Azərbaycan regionda gənclər siyasətini daha mükəmməl şəkildə qurub, formalaşdırıb və icra edir. Müxtəlif sahələr var ki, Azərbaycan və Qırğızıstan gəncləri birgə əməkdaşlıq edə bilər. Bu əsasən gənclərin fəallığı, QHT-lə işbirliyi, cəmiyyətdə gənclər sahəsi ilə həmçinin fikir, bilgi mübadilələri, qarşılıqlı səfərlərin təşkili ola bilər. Burada əsas 2 platformadan söhbət gedir: Birincisi, gənclər siyasətinin qurulması digəri isə gənclər təşkilatları arasında əməkdaşlıqdan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə