Deputatların Etik Davranış Kodeksi qəbul oluna bilər

Azərbaycanda Deputatların Etik Davranış Kodeksi qəbul oluna bilər. SİA-nın xəbərinə görə, bu barədə təkliflə Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O bildirib ki, Deputatların Etik Davranış Kodeksi ayrıca bir layihə kimi də qəbul edilə bilər və ya "Deputat statusu haqqında" qanunda da yer ala bilər.

Komitə sədri bununla bağlı layihə hazırlandığını deyib. O, bu məsələnin MM-in payız sessiyasının gündəliyinə salınmasını təklif edib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...