“Terrora qarşı anti-terror mücadiləsi yetərli deyil”

“Terrora qarşı anti-terror mücadiləsi yetərli deyil”

Ermənilər yenidən nəsə etmək istəyərlərsə bunun da qarşılığını görərlər

Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyənin sabiq baş naziri Məsut Yılmaz Azərbaycan Bakıda keçirilən beynəlxalq tədbirlərdən birində iştirak etmək üçün ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaq SİA-ya müsahibə verib. Bu müsahibəni sizə təqdim edirik.

- Bu gün İranla Türkiyənin qonşuluq siyasətini necə qiymətləndirirsiniz?

- İran tarix boyunca Türkiyənin ən çox münasibətdə olduğu qonşu dövlətlərdən biridir. 1600-cı ildən sonra iki ölkə arasında heç bir savaş olmayıb. Buna baxmayaraq, İranla münasibətlərimiz zamanla dəyişkən olub, bəzən irəliləyib, bəzən isə geriləyib. Lakin hər iki ölkə bir-biriylə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirmək istəyir. Bunu isə əngəlləyən önəmli faktorlar var. Bunlardan biri Türkiyənin NATO-nun üzvü olmasıdır. İran isə Amerikanı böyük düşmən hesab edir. Bir tərəfdə Qərbin əsgər ittifaqına üzv olan bir Türkiyə, digər tərəfdən isə İranın gözəl münasibət saxlamaq istədiyi bir Türkiyə var. Dolayısı ilə bu məsələ Türkiyə hökuməti tərəfindən çox incəlik istəyən bir siyasətdir. Bu günə kimi münasibətlər uğurlu oldu. Lakin gələcəkdə də bunlar səbəbindən Türkiyə ilə münasibətlər hər zaman təhlükədədir.

- Necə düşünürsünüz, qonşularla sıfr problem olurmu?

- Əgər qonşular da sizin kimi eyni iradəyə sahibsə olarsa, heç bir problem olmaz. Amma qonşular hələ də Ermənistan məsələsini qəbul edirlərsə, tarixi tuneldə qalıblarsa, o zaman biz nə qədər xoş niyyətli olsaq da sıfır problem siyasətinin hədəfə düşməsi mümkün deyil. Bugünki Türkiyə hökuməti də bu istiqamətdə xoş niyyətli işlər görür.

- 2015-ci il də "ermənilərin sözdə soyqırımı"ndan 100 il ötəcək. Çox güman ki, həmin ərəfədə ermənilər Türkiyəyə qarşı yenidən öz təzyiqlərini davam etdirəcəklər. Sizcə, Türkiyə bu təzyiqləri qaşılamaq üçün əvvəlcədən hansı addımlar atmalıdır?

- Türkiyə soyqırımla bağlı bu vaxta kimi görəcəyi bir çox işləri görüb. Tükiyə vaxtı ilə Ermənistana belə bir təklif irəli sürdü ki, beynəlxalq aləmdə tanınan tarixçilərdən ibarət qrup həm Tükiyə, həm də Ermənistanın tarixi arxivlərini araşdırsın. Lakin Ermənistan bunu qəbul etmədi. Çünki onlar tarix boyu bu hadisələri araşdırmadan yalan şəkildə dünyaya bəyan ediblər. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar və Avropa ölkələri də bunu soyqırım olaraq qəbul ediblər. Hər hansı bir məhkəmə qərarı olmadan və tarixi faktlara söykənməyən soyqırım nümunəsi yalnız ermənilərin 1915-ci il hadisələri ilə bağlı yaydığı soyqırım hadisələri ola bilər. Türkiyə tərəfindən təbii ki, bunun qəbul edilməsi mümkün deyil. Tükiyənin bu məsələ ilə bağlı vaxtilə öz təklifini versə də, Ermənistan hələ də öz tarixi arxivlərini açmaq istəmir. Hər halda tarixin araşdırılması, kimin yaxşı və pis niyyətlı olmasını üzə çıxaracaq. Təbii ki, həmin illərdə həm Tükiyə, həm Ermənistan də böyük itkilər verib. Lakin bunun ermənilər iddia etdiyi kimi soyqırımla heç bir əlaqəsi yoxdur. Bu sadəcə tarixdə olan qarşılıqlı qətliamlardan biridir. Ermənilərin isə bunları tarixin istismar mövzusu edərək, soyqırım adlandıraraq bundan siyasi aləmdə müəyyən nəticələr əldə etmək istəyi sadəcə bir utopiyadır.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi necədir? Bu msəələdə Rusiyanın, yoxsa Avropanın mövqeyi və gördüyü işlər daha önəmlidir?

- Dağlıq Qarabağ probleminin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilmiş olardı. Bu məsələnin həllinin iştirakçıları çoxdur. Rusiya bu münaqişədə iştirak edir. Sabiq prezident Dmitri Medvedev bu məsələnin həlli üçün iş apardı, lakin heç bir nəticəsi olmadı. İndi Rusiya prezidenti Vladimir Putin bu fəaliyyəti davam etdirir. Onun bu məsələdə hansı siyasəti aparacağını bilmirəm. Biz də bunu maraqla gözləyirik. aş nazir həmçinin qeyd edib ki, prosesi təhlil edəndə V.Putinin, D.Medvedevin fərqli siyasət aparmayacağının şahidi oluruq.Lakin bu məsələ ilə bağlı qarşıdakı illərdə Rusiyanın siyasətində dəyişiklik gözlənilir. Bunu diqqətdə saxlamaq lazımdır. Türkiyənin bu məsələdə yeri və mövqeyi bəllidir.

Ermənistan qapalı bir ölkəyə çevrilib. Qısa olaraq deyim ki, indi zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləyir. Ermənistanın bu vəziyyəti görməsi lazımdır.

- Bu günlərdə erməni terorr təşkiltı olan ASALA Azərbaycan-Türk diplomatlarını ölümlə hədələdi. Necə düşünürsünüz, doğrudanmı vaxtı ilə erməni terroru ilə qarşılaşan Azərbaycan-Türk diplomatlarını yenidən təhlükə gözləyir?

Erməni terror təşkilatı tarix boyu bu yolu seçdi və təəssüflər olsun ki, bunun nəticəsində xeyli Türkiyə diplomatı öldürüldü. Amma sonradan Türkiyənin də buna tamaşaçı qalmayacağını görüncə bu əməllərindən əl çəkdilər. Biz Türkiyə olaraq terrorla yaşamağa məcbur bir ölkəyik. Lakin ermənilər yenidən nəsə etmək istəyərlərsə bunun da qarşılığını görərlər.

- Bəs, PKK niyə bu vaxta kimi bu dərsi almır?

- Çünki PKK təəssüfki, daha çox təhsilli qrupa malikdir. Onlar nə qədər itki versələr də bunu əvəzləyəcək terrorçu üzvləri, xüsusi hazırlanmış dəstələri var. Onun üçün də mən də eyni fikirdəyəm ki, Tükiyəinin PKK ilə mübarizədə yalnız gücdən istifadə etmək, terrora qarşı anti-terror mücadilə yetərli deyil. Məsələnin digər tərəfləri də var. Türkiyə hər terorra onun özəlliklərinə uyğun cavab verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə