Ermənilər Xankəndinə sərnişin təyyarəsi reysləri açacaqlarını iddia etməkdə davam edirlər. SİA-nın məlumatına görə, Ermənistan Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi Nelli Çerçinyan uçuşların başlayacağı gün barədə dəqiq məlumat olmadığını deyib: "Dəqiq gün barədə məlumat olmasa da, uçuşlar yaxın günlərdə başlayacaq".
Daha əvvəl isə hava limanının bir həftə ərzində açılacağı deyilmişdi. Ermənilər sərnişin daşımasının "Eyr Arsax" şirkəti tərəfindən gerçəkləşdirilcəyini bildirir.
Qeyd edək ki, rəsmi Bakı Xankəndidə qeyri-qanuni uçuşların keçirilməsilə barışmayacağını dəfələrlə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB