"Türkiyədə terror probleminin həllini istəməyənlər ola bilər. Ən başlıcası da Qərb. Qərb dövlətləri bu işin bizim tərəfimizdən həll olunmasını istəmir". SİA-nın məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan NTV və "Star" telekanallarına müsahibəsində bildirib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya və Fransanın PKK terror təşkilatına dəstək verdiyini söyləyib: "Almaniya və Fransa bunu istəmir. Bu ölkələrdə terror təşkilatının liderləri sərbəst gəzirlər. Terror təşkilatının maliyyə qaynaqları da bu ölkələrdədir. Skandinaviya ölkələri də bu məsələdə eyni mövqe tuturlar. Mən bunu onların da üzünə açıq söyləmişəm. Həm PKK-ya terror təşkilatı deyirlər, həm də terrorçulara ölkələrində yer verir, milyonlarla avro maliyyə dəstəyi təmin edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB