Nazir müavini: “Biz buna görə ermənilərə etiraz etmirik...”

Nazir müavini: “Biz buna görə ermənilərə etiraz etmirik...”

"Azərbaycan heç vaxt ölkə ərazisində keçirilən beynəlxalq turnirlərdə, dünya miqyaslı yarışlarda ermənilərin iştirak etməsinə etiraz etməyib və onların təhlükəsizliyinə zəmanət verib". SİA-nın verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilən "Körpülərin salınması" adlı beynəlxalq konfransda Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib.

O qeyd edib ki, Azərbaycan heç vaxt bu məsələyə qarşı olmayıb: "Ermənilər həmişə Azərbaycanda beynəlxalq dərəcəli möhtəşəm yarışlar keçiriləndə öz təhlükəsizliklərini, guya bizim onların burada yarışlara qatılmalarına mane olacaqlarımızı bəhanə edib səs- küy salırlar. Amma bu ağ yalandır, ermənilərin bəhanəsidir və Azərbaycan heç vaxt erməni idmançıların Azərbaycanda iştirakına mane olmayıb".

İ.İsmayılovun sözlərinə görə, idman siyasətdən, dövlətarası münaqişədən kənardır və Azərbaycan heç vaxt idmanı siyasətə qarışdırmayıb. Azərbaycanda hazırda yeniyetmə qızlar arasında dünya çempionatının keçirildiyini xatırladan nazir müavini bildirib ki, ermənilər buna da etiraz edirdilər, çempionatın Azərbaycanda keçirilməsinin əleyhinədirlər: "Amma biz onlardan fərqli olaraq Ermənistanda hansısa yarışın keçirilməsinə etiraz etməmişik. İstənilən yarışı imkanları varsa keçirsinlər".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə