"Ermənistan Şahmat Federasiyasının prezidenti 2016-cı ildə Azərbaycanda keçiriləcək Beynəlxalq Şahmat Olimpiadası ilə bağlı Təşkilat Komitəsində çalışmağa dəvət olunub". SİA-nın xəbərinə görə, bu barədə Bakıda keçirilən "Körpülərin salınması" adlı beynəlxalq konfransda Almaniya Şahmat Federasiyasının direktoru Horst Metzing bildirib.
O qeyd edib ki, bu yaxınlarda İstanbulda keçirilən Beynəlxalq Şahmat Federasiyasının konfransında da erməni nümayəndə heyətinin Azərbaycanda keçiriləcək olimpiadaya etirazı zamanı bu dəvət edilib: "Güman edirəm Ermənistan tərəfi bu dəvəti qəbul edər və olimpiadanın keçirilməsilə bağlı narazılıq olmaz. Əgər ermənilər Azərbaycanda keçirilən bu tədbirlə bağlı narazılıqları varsa, bununla bağlı təşkilat komitəsində iştirak edərək bütün obyektivliyə özləri şahid olsunlar. "Məncə bu ən optimal variantdır".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB