"Avropa İttifaqı üçün regionun stabilliyi ən mühüm məsələdir"

"Avropa İttifaqı üçün regionun stabilliyi ən mühüm məsələdir"

"Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı qarşılıqlı marağa əsaslanır". SİA- nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Avropa Komissiyasının keçmiş prezidenti, Lüksemburqun keçmiş dövlət naziri Santar Jak bildirib.

"Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı qarşılıqlı marağa əsaslanır. İki tərəf arasında təhsil, ekologiya, müdafiə və digər sahələr üzrə sıx əməkdaşlıq mövcudur", - o bildirib.

Jakın sözlərinə görə, Avropa İttifaqı üçün regionun stabilliyi ən mühüm məsələlərdən biridir: "Bundan əlavə demokratiya, insan azadlığı, insan hüquq və azadlıqlarının qorunması bu əməkdaşlıqda mühüm yer tutur".

Avropa Komissiyasının keçmiş prezidenti qeyd edib ki, əməkdaşlıqda vətəndaş cəmiyyətinin rolu çox zəruridir: "Cəmiyyət münasibətlərin inkişafına öz tövhələrini verməlidir ki, siyasi plüralizm təmin olunsun".

Azərbaycanın mühüm inkişaf yolu keçdiyini deyən qonaq bildirib ki, Azərbaycan tolerant və dünyaya açıq ölkədir, artıq mühüm enerji və infrastruktur mərkəzinə çevrilib.

O Avropanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu deyib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə