"Azərbaycanla Avropa İttifaqı arasında viza rejminin sadələşdirilməsi və readmissiya haqqında saziş ilə bağlı danışıqların üçüncü mərhələsi noyabr ayında Bakıda keçiriləcək". Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməduliyev məlumat verib.
O bildirib ki, bu iki saziş ilə bağlı müzakirələr birgə aparılmalıdır: "Əgər biz viza sadələşdirilməsinə dair sazişi hazırlayıb imzalasaq və readmissiya sazişi qalsa ümumiyyətlə birinci qüvvəyə minməyəcək. Çünki Avropa İttifaqının mövqeyi belədir ki, iki saziş birgə hazır olandan sonra həyata keçirilə bilər".
Nazir müavininin sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında gələcəkdə yeni layihələr həyata keçirilə bilər. Azərbaycan quruma bir sıra yeni layihələr də təqdim edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB