Elmar Məmmədyarov monteneqrolu həmkarı ilə görüşüb FOTO

Elmar Məmmədyarov monteneqrolu həmkarı ilə görüşüb FOTO

Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Naziri Nebojsa Kaluderoviç ilə görüş keçirib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin, xüsusilə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, hüquq-müqavilə bazasının genişləndirilməsi barədə razılıq əldə olunub. Nazir Elmar Məmmədyarov Monteneqrolu həmkarını ölkəmizə səfərə dəvət edib və Nebojsa Kaluderoviç dəvəti məmnuniyyətlə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə