Səfər Əbiyev səfiri qəbul edib

Müdafiə Nazirliyndən SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alrer Coşqunu qəbul edib. Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, keçirilən görüşdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələləri, bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə