Müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. SİA-nın məlumatına görə, Y. Camalov Azərbaycanla İsrail arasında ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. O, MSN-in yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB