Zahid Oruc: "Ərəb şeyxləri Afrika dünyasınıın yenidən bölüşdürülməsində iştirak edən koorporasiyaların təmsilçiləridir"
Afrika yenidən bölüşdürülür

Avropa ölkələrində islamın cəmiyyət həyatında yeri və dövlət siyasətinə təsiri son hadisələr fonunda yenidən aktuallaşıb. Millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında deyib ki, burada söhbət heç də Fransanın "Şarlo Hebdo" və "Müsəlmanların məsumluğu"nu dövriyyəyə çıxaran dairələrin fitnəsindən getmir. Millət vəkilinin sözlərinə görə, proses gizli ssenarilərlə idarə olunur və məqsəd heç də radikalizm və ekstremizm sifətli ünsürlərdən xilas olmaq əməliyyatı adlana bilməz.

"Müqəddəs dəyərlərə həssaslığın yüksək olduğu artıq heç kəsə sirr deyil və bir əfqan kəndlisinin fransız nəşrini şəxsən oxumasına və ya youtube.com-da nəyisə izləməsinə ehtiyac yoxdur. Məsələ söz azadlığının sərhədlərini genişləndirmək niyyətində də deyil. Hər halda azadlıq odur ki, sən küfr nədisə onu biləsən və anlaqlı olaraq buna yol verməyəsən. Son protestləri izləyəndə məni dini toqquşma tərəfdarlarından daha çox ərəb dünyasındakı fanatizm və bunun bəlli dairələr tərəfindən körüklənməsi narahat edir. Əlimdə yetərli kəşfiyyat məlumatları olmasa da deməliyəm ki, kütləni bu zəhərli propaqandaya qarşı çıxaran ərəb şeyxləri Afrika dünyasınıın yenidən bölüşdürülməsində iştirak edən koorporasiyaların təmsilçiləridir və əhalinin dini etiqadını biznes və siyasi maraqları üçün istehlak edirlər. Yəni, Qərbə nifrəti stimullaşdıran bu mərkəzlərin bir çoxu əsil möhtəkirdilər və onların Peyğəmbər adının şərafətini qorumaq niyyəti mənə saf görünmür. Həmçinin, öz övladlarını Avropa və Amerikanın ünlü universitetlərində oxudan şeyxlər ətraflarında savadsız kütlənin formalaşmasında maraqlıdılar ki, gələcəkdə Qərb təhsilli balaları onları kölə kimi idərə etsin. Mən əminəm ki, karkatura və film şeytanlığına Uca Peyğəmbərimizdən gələn səda fərqli olardı və heç zaman Qərbin qabaqcıl elmindən uzaqlaşmaq təbliğatına izn verməzdi. Öz iblis xislətlərini azadcasına ağ kağıza daşıyanlar isə tarixin keçidlərində itib batacaqlar və Quran əbədilik yaşayacaq", - deyə Z.Oruc əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə