Hesab edirəm ki, Azərbaycanlı zabit R.Səfərovun azadlığa buraxılması ilə bağlı Ermənistan rəhbərliyinin bu şəkildə reaksiyasının kökündə dayanan əsas səbəblərdən biri ondan ibarətdir ki, Ermənistan dövlətini payız-qış mövsümündə çox ciddi böhran gözləyir. Bunu SİA-ya Azərbaycan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, onsuzda Ermənistanda sistemli şəkildə böhran hökm sürməkdədir: "Ermənistanın xarici borcu 3 milyardı ötüb. 2008-ci ildə iqtisadi böhranın davam etdiyi bir zamanda xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 13 faiz idisə, hazırda 45-50 faiz xarici borcların ödənilməsinə sərf olunur. Bununla belə Ermənistanda ilk 6 ay ərzində investisiyalar kəskin şəkildə aşağı düşüb. Gəlin görək, əsas investorlar kimlərdir? Rusiya, Böyük Britaniya, ABŞ, Fransa. Bunlar hər biri ondan xəbər verir ki, ölkədə son dərəcə kəskin iqtisadi böhran hökm sürür. Payız mövsümündə isə bu daha da kəskinləşəcək. Bu isə o deməkdir ki, hakimiyyətə qarşı müxalifətin və xalq kütlələrinin etiraz dalğası güclənəcək".
Politoloq hesab edir ki, məhz bu etirazların qarşısını almaq üçün həm S.Sarkisyanın özü həm də onu əhatə edən dairələr qabaqlayıcı tədbirlər görməyə başlayıb: "Onlar bir növ bununla ictimai fikri yayındırmaq yollarına əl atdılar. Həmin gedişlərdən biri də Ramil Səfərovla bağlı məsələ oldu. Hesab edirəm ki, Ermənistan tərəfinin bu cür qorxuya düşməsi üçün əsaslar var. Adı çəkilən ölkədə insanların sui-qəsd hallarına görə, MDB məkanındda birinci yerə çıxmaqdadır. Təkcə 6 ay ərzində ölkədə 695-ə yaxın sui-qəsd cəhdi olub. Bununla təxminən 200-ə yaxın insanda özünü qətlə yetirib. Bunu dərk edən Ermənistan tərəfi belə addımlarla ictimai fikri yayındırmağa nail olmaq istəyir. Bunun üçün hətta onlar erməniçilik lobbisindən, diaspor fəaliyyətindən yararlanmağa çalışırlar".
E.Nəsirlinin fikrincə, bu kimi məsələlər çox ciddi araşdırılmalıdır: "Təəssüflər olsun ki, Avropa İttifaqı və Avropa Parlamenti də bundan yayınmayıb. Məsələ ondadır ki, Avropa İttifaqı özü Ermənistandakı real vəziyyəti, ölkədəki perimanent prosesləri çox gözəl dərk etdiyindən Ermənistanın 1 milyard dollar kredit ayrımaq təklifini rədd edib. Çünki bu ölkəyə kredit ayırmaq çox təhlükəlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB