Bu, Azərbaycanın Ümummilli məsələsi olduğuna görə, AXCP-də burada öz imzasını atdı. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə dair birgə bəyanata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AXCP Ramil Səfərovla bağlı hər zaman aydın mövqe sərgiləyib və onu müdafiə edib: "R.Səfərovun anasının dəfn mərasimində belə bizlər iştirak etmişik. Bizim bu istiqamətdə mövqeyimiz davamlı olub və Avropa Parlamentinə öz etirazımızı bildirmişik. Bu bir daha onu göstərdi ki, gələcəkdə bu və ya digər məsələlər ətrafında da əməkdaşlıq əlaqələrini davam etdirə bilər. Əsas odur ki, ortalıqda səmimi bir mühit, bir-birinə qarşı olan inam hissi mövcud olsun. Əlbəttə ki, hər iki tərəfdən müəyyən addımlar olmalıdır".
R.Nurullayev bildirib ki, həmin adıçəkilən qətnaməyə prinsipial əlavə də təqdim edilib: "AXCP-nin təklifi ilə qətnaməyə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi-Qafqaz ölkələri ilə Assosiativ sazişə Azərbaycan sadiqliyini bəyan etməsi əlavə edilib. Bu əlavənin özü çox mətləblərdən xəbər verir. Azərbaycanın iqtidar partiyası olan YAP bu sazişə sadiqliyini bəyan edir. Bu saziş isə Azərbaycanın tam demokratikləşməsini, iqtisadiyyatının liberallaşmasını, azad və şəffaf seçkilərin keçirilməsini nəzərdə tutur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB