Pakistanda 160 mindən çox tələbə var

Pakistanda 160 mindən çox tələbə var

Ölkələrimiz arasında əlaqlərin inkişafında gənclərin xüsusi rolu olacaq bu sözləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri, cənab İnayət Ullah Kakar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri ilə dünən keçirdiyi görüşdə söyləyib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, görüşün əsas məqsədi ATGTİ tərəfi ilə Pakistan Səfirliyi arasında əlaqələrin yaradılması idi.

Ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlığa toxunan cənab Kakar Azərbaycan gənclər siyasəti modelini uğurlu adlandırıb:

"Bu gün Pakistanda 160 mindən çox tələbə var, lakin onlar ayrı-ayrı QHT-lərdə fəaliyyət göstərirlər, bütün tələbələrimizi birləşdirən bir təşkilat yoxdur". ATGTİ tərəfi ilə ölkəsinin tələbə QHT-ləri arasında əlaqələrin yaradılmasının məqsədəyönümlü olduğunu qeyd edən səfir, onu da bildirib ki, bu gün Azərbaycan və Pakistanı qədim tarixi köklər və oxşar mədəniyyət ənənələri birləşdirir.

Cənab səfir İslamabadla Bakı arasına birbaşa hava yolunun olmaması məsələsini qeyd edərək, bu məsələnin də qısa zamanda həll olacağına inandığını bildirib.

Daha sonra ATGTİ tərəfi ilə birgə keçirlə biləcək tədbirlər planını müzakirə edən tərəflər ilkin mərhələdə ümumi video (skayp) konfransların keçirilməsində razılığa gəliblər. Bu konfranslarda ATGTİ Pakistanın böyük tələbə təşkilatları ilə ilk dəfə əlaqə qurmuş olacaq. Görüşün sonunda cənab səfirə ATGTİ-nin kitab və nəşrləri təqdim edilib, Azərbaycan xalçası hədiyyə olundu və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ATGTİ bu günə qədər Rusiya, Norveç, Latviya, Serbiya, İtaliya və s. ölkələrin səfirləri il analoji görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə