İrana etiraz!

Sentyabrın 22-də İranın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək. SİA-nın məlumatına görə, aksiya yerli vaxtla saat 11:30-da başlayacaq. Piket iştirakçıları Ankarada Kuğulu parkından səfirlik binasının qarşısınadək yürüş keçirəcəklər. Aksiyada İranda Azərbaycan dilində təhsilə qadağa qoyulmasına etiraz ediləcək.

Qeyd edək ki, aksiyada Türkiyədə mühacirətdə yaşayan, əslən İrandan olan azərbaycanlılarla yanaşı, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan mənşəli Türkiyə vətəndaşları və yerli sakinlər də iştirak edəcək.

Məlumat üçün bildirək ki, 22 sentyabr, İranda yeni dərs ili başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə