"Müzakirələrdə iştirak edib öz imzamı atmışam"

"Müzakirələrdə iştirak edib öz imzamı atmışam"

"Yeni Azərbaycan Partiyasının (YAP) Avropa Parlamentinə göndəriləcək sənədi kifayət qədər mükəmməl formada hazırlanıb". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, adıçəkilən sənəddə hər şey öz əksini tapıb: "Məhz buna görə də həmin müzakirələrdə iştirak edib öz imzamı atmışam. YAP heç bir hüquqa, reallığa söykənməyən Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə öz siyasi münasibətini ifadə edib. İşin həm də ən müsbət, önəmli tərəfi onda idi ki, YAP-ın mənzil qərargahının baş ofisinə hökumətin əksər siyasi partiyalarının üzvləri dəvət olundu. Bu, birdaha onu sübut etdi ki, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı bütün problemlərin müzakirəsində və həll olunmasında ölkəmizin siyasi qüvvələri biraraya gəlmək iqtidarına malikdilər. Hesab edirəm ki, bu kimi görüşlər gələcəkdə də davamlı olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə