"Türkiyə və Azərbaycan birgə hərbi birliklər yaratmaqla regional proseslərdə daha aktiv iştirak etməlidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, prezident İlham Əliyev qardaş ölkə ilə münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə çatdırmaqla təhlükəsizlik sahəsində fəaliyyətin hüquqi əsaslarını formalaşdırıb. Millət vəkilinin sözlərinə görə, Azərbaycan çox böyük gücə malik olan Türkiyənin hərbi quruculuq sistemini model kimi qəbul etməli, silahlı qüvvələrini modernləşdirməklə yeni risqlərə,çağırışlara hazır olmalıdır.
"Bunun regionda doğuracağı nəticələrdən narahat olanlara Rusiya-Ermənistan ittifaqını misal göstərmək olar. Deməli, bizi bölgədəki gərginliyi artırmaqda qınaya bilməzlər. Üstəlik,Türkiyə Qafqazlarda geopolitik proseslərdə söz sahibinə çevrilib, iqtisadi dayaqlarını bərqərar edib. Bunları qorumaq lazımdır. Türkiyənin silahlı qüvvələri 800 mindən artıqdır. İlk dövr üçün briqada və ya bölük səviyyəsində Azərbaycan və Türkiyənin hərbi qüvvələrini bir araya gətirmək, təlim, tədris və xidməti eyni proqram şərtlərinə tabe etdirmək gərəkdir. Bir daha deyim ki, iki ölkə arasında 2011-ci il 19 yanvarda "strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" bağlanmış müqavilə buna tam hüquqi əsas yaradır və Cənubi Qafqazda pozulmuş hərbi-siyasi balansı bərpa etməya imkanlar açır", - deyə o əlavə edib.
Z.Oruc qeyd edib ki, türk generaliteti 1995-ci ildən Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına, islahatların və NATO sistemin tətbiqinə yaxından əməli köməklik göstərir: "11 sentyabrda İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş və iki hökumətin birgə fəaliyyət qərarları Azərbaycan-Türkiyə hərbi birliklərini formalaşdırmağa keçid deməkdir. Bu artıq yeni mərhələ və tarixi ənənənin davamı olmaqla təhlükəsizliyimiz üçün mühüm hadisə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB