"ASALA sırf türk xalqına qarşı terror törətmək üçün yaradılıb" MÜNASİBƏT
"Bütün dünya dövlətləri bilir ki, ASALA sırf türk xalqına qarşı terror törətmək üçün yaranan bir terrorçu qurumdur. ASALA-nın göndərdiyi məktubu təkzib etməsi ilə bağlı məsələyə gəlincə, təşkilatın bu addımı sadəcə bir məkrdir". SİA-nın məlumatına görə, bu fikirləri Azad Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov Ermənistanın terror təşkilatı ASALA-nın xaricdə yaşayan Azərbaycan diplomatlarını qətlə yetirəcəyi ilə bağlı Macarıstan səfirliyinə göndərdiyi hədə dolu bəyanatı təkzib etməsinə münasibət bildirərkən deyib.
T.Novruzov bildirib ki, istər Ramil Səfərovun azadlığa buraxılması, istərsə də digər məsələlərdə ASALA-nın əsas işi türk xalqlarına qarşı terror aktı törətməkdir: "Bu, ASALA-nın terrorçu təşkilatının beynəlxalq qurumların siyahılarında da qeydiyyat keçdiyini sübut etmiş olur. ASALA Ermənistanın dövlət səviyyəsində müdafiə edildiyi bir təşkilatdır. Baxmayaraq ki, məktubun ASALA-nın, ya da Ermənistan xüsusi xidmət orqanının göndərdiyi hələ sübut olunmayıb. Əgər o, məktubu ASALA göndəribsə, bunun arxasında ancaq məkr dayanır".
Birliyin sədri onu qeyd edib ki, Ermənistan dövlət səviyyəsində Azərbaycanda müxtəlif terror hadisələri törədib. Bunun üçün erməni millətindən olmayan insanlardan bu və ya digər təzyiq, təhdid yolu tutaraq istifadə edib: "Biz həmişə ASALA-dan, Ermənistandan da özümüzə qarşı terror hadisəsi gözləməliyik. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa belə, ehtiyatımızı əldən verməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB