Morninqstar: "ABŞ İranın sərhədlərinə hörmət edir"

Morninqstar: "ABŞ İranın sərhədlərinə hörmət edir"

"İran Azərbaycanın təhlükəsizlik sahəsində başlıca problemlərindən biridir". Bu barədə Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. Səfir deyib ki, rəsmi şəxslərlə görüşlər zamanı biz daim bu məsələyə toxunmuşuq və toxunacağıq.

Morninqstarın sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı Bakı ilə sıx əməkdaşlığı davam etdirəcək. Konqresmen Dana Rorobaherin Hillari Klintona ünvanladığı məktuba toxunan səfir bildirib ki, ABŞ İranın beynəlxalq aləmdə tanınmış sərhədlərinə hörmət edir: "Konqresmen Rorobaherin ideyaları ABŞ-ın rəsmi mövqeyini əks etdirmir".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamenti konqresmen Dana Rorobaher tərəfindən dövlət katibi Hillari Klintona ünvanlanmış məktubu aldığını təsdiqləmişdi. Məktubda Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqilliyi uğrunda mübarizəyə dəstək verilməsinin vacibliyi və onun Azərbaycanla mümkün birləşməsi məsələsi qeyd olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə