"Macarıstanın, Amerikanın (ABŞ) Ramil Səfərovun ekstradisiyası ilə Azərbaycana nota verməsi və Avropa Birliyinin açıqlamasının ölkəmizə elə də böyük təsiri yoxdur". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, onlar hər bir hadisəni hakim komandaya qarşı istifadə etməyə çalışırlar: "Bu cür hadisələrə soyuqqanlı yanaşmaq lazımdır. Bizim heç bir dövlətlə bu məsələyə görə münasibətlərimiz pisləşməyib. Ramil Səfərov qəhrəman deyil, əslində o hadisə Azərbaycana müsbət heçnə də vəd etməyib. Hərhalda bu hadisə baş verdi və R.Səfərov buna görə müəyyən müddətdə azadlıqdan məhrum edildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB