Son zamanlar Azərbaycan mediasında Ramil Səfərovla bağlı reklam anti-reklama çevrilməyə başlayıb. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, erməni informasıya müharibəsinin əsas məqsədi Azərbaycan daxilindəki Ramil Səfərovla bağlı birliyi dağıtmaqdır: "Hal-hazırda anti-reklam həmin o birliyin dağıdılmasına yönəlib. Bu məsələ təcili aradan qaldırılmalıdır. Bundan başqa Azərbaycanın atacağı addımlar da olmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu müddət ərzində təcili olaraq ora müraciət edilməlidir. Əgər ermənilərin əlində belə bir bəyanat olsa idi Azərbycanı iqtisadi blokadaya belə salmağa cəhd edə bilərdi. Amma biz hələ də Ramil Səfərovun azad olunması ilə bağlı eyforiyadayıq".
Politoloq deyib ki, konvensiyanın 12-ci maddəsində də nəzərdə tutulduğu kimi Prezident İlham Əliyev artıq Azərbaycan Qanunvericiliyinə əsasən addımlar atıb. Hesab edirəm ki, ölkə parlamenti ilk iclasında təcili olaraq öncə ASALA-nı terror təşkilatı kimi tanımalıdır. İkincisi, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq təşkilatlara müraciət etməlidir. Çünki 1961-ci il Vyana konqresinin "Toxunulmazlıq konvesiyası"na görə, diplomatik səfirliklərin nümayəndələri toxululmazdır. Əgər nəzərə alsaq ki, hal-hazırda bu təşkilat PKK ilə sıx əlaqədədir və İranda çox güclü şəbəkəsi var onda düşünürəm ki, bir qədər fikirləşməyə ehtiyac var. Məlum məsələdir ki, İranla Azərbaycan arasında kifayət qədər gərginlik var və hal-hazırda onlar bundan istifadə etməyə çalışacaqlar. Bunun qarşısını almaq lazımdır. Azərbaycan telekanalları ASALA-nın bütün kartlarını açmalıdır. Çünki ABŞ, Rusiya kimi dövlətlər ASALA-nı terror təşkilatı kimi tanıyıbsa, Azərbaycan parlamenti də bunu mütləq tanımalıdır.
Cümşüd Nuriyev hesab edir ki, biz ASALA-nın təhdid dolu müraciətindən layiqincə yararlana bilmirik: "Etiraf edək ki, informasiya müharibəsini uduza bilərik. Ramil Səfərov faktorunun bu qədər adiləşməsinə ehtiyyac yoxdur. Ramil Səfərov dünyanın qəbul etdiyi radiostansiya və informasiya agentiklərinə müsahibələr, bəyanatlar verməlidir. Bunu gizlətməyin özü də uğurlu nəticə deyil və biz rəsmi şəkildə ASALA-nın gücünü bəyan etmiş oluruq. Bir şeyi də unutmaq lazım deyil ki, Bakı şəhərində 32 min erməni var və bu ermənilərin hazır "tumanlı səfirləri" var. Çünki burda olanların hamısı qadınlardır. Amma bunların dost-tanışları yığılanda 300 min erməni olur. Təkcə Arzu Abdullayev kimi qanı erməni olan, Leyla Yunus kimi qaynanası erməni olanlar yox. Bunlara yol verməməliyik. Bu dəqiqənin özündə Azərbaycan telekanalları məhz bu məsələlərlə məşğul olmalıdır. Elə bir məsələlər var ki, onu prezident və ya dövlət məmurları deməməlidir. Niyə Azərbaycan nazirləri susurlar? Niyə danışmırlar? Həm güc nazirlikləri, həm Xarici İşlər Nazirliyi (XİN), həm parlament, həm hökumət bu məsələyə öz münasibətini bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB