Sentyabrın 5-də Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans nümayəndələri və qonaqlar ilk əvvəl Taxtakörpü qəsəbəsinin mərkəzi meydanında Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıb.
Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədrinin müavini İlham Quliyev təşkilatın VII konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış etmiş, qarşıda duran vəzifələrdən danışıb.
Konfransda həmçinin YAP Laçın rayon təşkilatının Nəzarət-təftiş qrupunun sədrinin hesabat məruzəsi dinlənilib.
Məruzələr ətrafında çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəalları görülmüş işlərin qənaətbəxş hesab edilməsini, Nəzarət-təftiş qrupunun hesabatının nəzərə alınaraq təsdiq edilməsini təklif ediblər.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının konfransının işində iştirak edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edib.
Konfransda Laçın rayon İH-nin başçısı Ramiz Cəbrayılov, Ağcabədi rayon İH-nin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Tahir Rzayev və Rauf Əliyev çıxış edərək, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmişlər.
Konfransda daha sonra təşkilati məsələlərə baxılmışdır. YAP Laçın rayon təşkilatının 35 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə heyəti seçilmişdir. Aqil Nəzərli yekdilliklə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB