ASALA-nın bəyanatı ciddi qəbul olunmalıdır

ASALA-nın bəyanatı ciddi qəbul olunmalıdır

ASALA erməni terror təşkilatı Azərbaycan diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları ölümlə hədələmək barədə verdikləri bəyanat ASALA terror təşkilatının iç üzünü bir daha ortaya qoydu. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, bu günə qədər ermənilərin yaydığı məlumatda bildirilir ki, milyon yarım erməni öldürülüb: "ASALA rəsmi olaraq, 600 min erməninin məhv olduğunu bildirib. Əslində isə 635 min erməninin 600 mini köçürülüb. Daha sonra ASALA Xocalı soyqırımında iştirak etdiyini qəbul edib. Bu günə qədər Azərbaycan siyasətçiləri və mediası bu məsələyə toxunurdu, lakin onlar bu məsələdən qaçırdı. Onlar həmçinin Azərbaycan ərazisində ASALA-nın terror təşkilatı kimi fəaliyyət göstərdiyini də qəbul ediblər. ASALA terror təşkilatı olduğuna görə, həm Amerika (ABŞ) həm də digər dünya ölkələri onu tanıyıb. ASALA-nın adı 103 terror təşkilatını adı olan siyahıda gedir. Bəyanat verildiyinə görə, Azərbaycan parlamenti bu barədə digər bütün parlamentlərə məlumat verməlidir. Azərbaycan ASALA-nı təcili şəkildə terror təşkilatı kimi tanımalıdır. Cünki bunun sübuta ehtiyacı yoxdur. Onlar həm Xocalı soyqırımında həm də digər terror aktlarında yaxından iştirak ediblər. Həmin təşkilat özləri də qəbul edirlər ki, öldürülənlər içərisində azərbaycanlıların da olduğu bir faktdır".

C.Nuriyevin dedi ki, bunlar yalnız Macarıstanın Azərbaycandakı səfirliyinin gənclərini nəzərdə tutublar və qadınları da öldürəcəklərini bəyan ediblər: "Azərbaycan ASALA-nın qəzəb dolu və eyni zamnda aqressiv bəyanatını ermənilərin özünə qarşı istifadə etməlidir. Bunu etmək məcburiyyətindəyik. Çünki ASALA daha öncə nə şifahi nə də yazılı şəkildə belə bir bəyanat verməyib. Bu bəyanat Azərbaycan saytları ilə bərabər həmçinin erməni saytlarında və ASALA-nın öz saytındada yerləşdirilib. Bəyanat hələ ki, 8 dildə yerləşdirilib . Buna gərə də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu barədə xarici təşkilatlara məlumat verməlidir. ASALA-dan qorxmağa ehtiyac yoxdur. Lakin bunu ciddiyə də almaq lazımdır. Çünki bu təşkilat ilkin onluğa düşən terror təşkilatıdır. Təşkilat erməni təşkilatı olsa da, lakin təşkilatın üzvlərinin hamısı erməni deyil. Bunların içərisində xristian ərəbləri, yezidi kürdləri, ümumiyyətlə PKK terror təşkilatının üzvləri var. Hesab edirəm ki, İran da bu barədə düşünməlidir. Çünki bütün İranı "Ssianist" adlandırırlar. Bununla belə həmçinin Ramil Səfərovla bağlı Azərbaycan mediasında məsələnin şərhinə son qoymaq lazımdır. Çünki yavaş –yavaş bu məsələnin əleyhdarları artır. Tək paytaxt Bakı şəhərində 32 min erməni var. Ermənilərin təhlükəsizlik orqanlarına xidmət edən adamları var. Hər bir azərbaycanlı ayıq-sayıq olmalıdır. Hər biri bilməlidir ki, hansı binanın blokunda erməni yaşayır. Orda hər hansısa bir təhlükə olsa hüquq- mühafizə orqanlarına müraciət etsinlər. Hesab edirəm ki, ASALA-nın bu bəyanatı ciddi qəbul olunmalıdır".

Politoloq qeyd etdi ki, ASALA erməni terror təşkilatı1975-ci ildə yaradılıb. Daha öncə qrup şəklində fəaliyyət göstərib: "İlk terror aktı da elə həmin ilin yanvar ayında kilsənin partladılması ilə olub. Ölüm olmasa da daha sonra 1980-1984- cü illərdə Ankarada ardıcıl olaraq ESENOBA hava limanında, ORLE hava limanında terror aktı törədiblər. Bununla belə onlar türk konsulluğunu işğal ediblər. Onlar əsasən Fələstin azadlıq hərəkatının üzvləri və PKK-nın yaradıcıları kimi çıxış edirlər. İsrail hücuma keçib Fələstin ərazisindən bunları çıxartdıqdan sonra fəaliyyətləri bir qədər zəifləyib. Bunu yaradan Akopa Akopanyandır. Bu adların Azərbaycana ən tanışı isə Monte Melkanyandır. Melkanyanının özünü də elə 1993-cü ildə Ağdamda azərbaycanlılar öldürdülər".

Bütün xəbərlər Facebook səhifəmizdə