Erməni çoban itkin düşüb

Ermənistanın Berd şəhər sakini, 1941-ci il təvəllüdlü Askanaz Məlikyan itkin düşüb. SİA-nın "Yerkramas"a istinadən verdiyi məlumata görə, çoban olan A.Məlikyan sürünü sentyabrın 2-də "Durnalı" otlağına aparıb və geri qayıtmayıb. Onun axtarışına altı xilasedici, eləcə də Məlikyanın qohumları olan yerli sakinlər və iki polis yollanıb. Lakin hələlik çobandan xəbər yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə