Astanada XXV iclas başlayır

Bu gün Astanada MDB ölkələri təbii və texnogen xarakterli Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın XXV iclası başlayır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sentyabrın 4-də başlayacaq iclas 2 gün davam edəcək. İclasda Şuraya üzv olan ölkələrin fövqəladə hallar qurumlarının nümayəndələri iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şura 1993-cü ilin yanvarın 22-də yaradılıb. Şuraya Azərbaycan, Ukrayna, Moldova, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan kimi ölkələrin milli fövqəladə hallar strukturları daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə