Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və ABŞ Dövlət departamentinin birinci müavini Uilyam Börn arasında telefon danışığı olub.
Bu barədə jurnalistlərə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, telefon danışığı zamanı Məmmədyarov Ramil Səfərovun Bakıya gətirilməsi və əfv olunması barədə ABŞ-ın mövqeyinin Azərbaycan üçün anlaşılmaz olduğunu deyib.
XİN rəhbəri Uilyam Börnsə onu da bildirib ki, Ramil Səfərov məsələsi Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstindən kənar baxılmamalıdır. O həmçinin deyib ki, R.Səfərov məsələsinin kökündə duran əsas problem işğal faktorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB