Ermənistan rəhbərliyinin aqressiv çağırışlarını və bunun Azərbaycan vətəndaşları üçün təhlükəli olduğunu nəzərə alaraq, Azərbaycan xarici ölkələrdə akkreditə olunmuş səfirliklərinin təhlükəsizliyinin gücləndirilməsi üçün həmin ölkələrin daxili işlər orqanlarına müraciət edəcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın bütün səfirliklərinə müraciət olunacaq ki, onlar bu məsələ ilə bağlı daxili işlər nazirliklərinə məktublar göndərsinlər.
E.Abdullayev qeyd edib ki, R.Səfərovun Azərbaycana ekstradisiya olunmasında heç bir beynəlxalq qanunvericilik pozulmayıb: "Ekstradisiya iki müstəqil ölkə arasında, onların qanunvericiliyinə əsaslanaraq atılmış bir addımdır. Ermənistan dövlətçilik baxımından etimadları doğrultmur, uğursuz bir dövlətdir və ona görə də isterikaya əl ataraq öz ictimaiyyəti qarşısında hansısa dividendlər qazanmağa çalışır. Ermənistan həmin ölkədir ki, uşaq və qadınların ölümünə səbəb olmuş terrorçuları əfv edir".
E.Abdullayev əlavə edib ki, Rusiya həmsədr ölkə kimi məsələnin kökündə işğal faktının olduğunu bilməli və bütün səylərini bu işğalın sona çatmasına yönəltməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB