Niyə görə, Xədicə İsmayılova və onun əhatəsində olan radikal düşərgənin nümayəndələri Azərbaycanın Dağlıq Qarabağ (DQ) regionunda və ətrafında minlərlə insanın ölümünə bais olan Robert Koçaryan, baş nazir, daha sonra prezident olduğu zaman etiraz etmədilər. Eləcə də Xocalıda soyqırımı törədən Serj Sarksiyan müdafiə naziri, baş nazir, prezident olarkən Xədicə İsmayılova kimilər niyə öz səslərini çıxarmadılar. Bunu SİA-ya millət vəkili Musa Qasımlı Ramil Səfərovu qatil adlandıran "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova və müxalifətin digər nümayəndələrinin hərəkətlərini şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Amerikada (ABŞ), Fransada, Yunanınstanda terrorçular həbsdən azad edilib sərbəst buraxılarkən və növbəti dəfə terror aktı törədərkən niyə bunlar bir söz demədilər: "Hesab edirəm ki, belə yanaşmanın adı sadəcə, üç nöqtədir. Cənab prezident İlham Əliyev tərəfindən Ramil Səfərovun əfv edilməsi ölkəmizlə digər dövlətlər arasında heç bir diplomatik münasibətlərə zərbə vura bilməz. Azərbaycan hüquqi bir dövlətdir və atdığı bütün addımlar hüquqa əsaslanır. Belə olan təqdirdə inanmıram münasibətlər korlansın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB