Qənirə Paşayeva: “Bu, böyük hadisədir” MÖVQE

Qənirə Paşayeva: “Bu, böyük hadisədir” MÖVQE

"Bütün azərbaycanlılar kimi çox sevinirəm. Təkcə Azərbaycanda yaşayanlar deyil, ölkəmizin hüdudlarından kənarda yaşayanlar da bu xəbərdən sevinirlər". Bu sözləri mətbuata açıqlamasında zabitimiz Ramil Səfərovun Azərbaycana gətirilməsi xəbərinə münasibət bildirərkən millət vəkili Qənirə Paşayevə deyib.

"Mən cənab prezidentə təşəkkür etmək istəyirəm. Ramil Səfərovun azadlığa çıxması Azərbaycan prezidentinin böyük xidmətləridir. Ramil Səfərov millətimizin qəhrəman oğullarından biridir. Biz sonuncu dəfə Ramillə 4-5 gün qabaq telefonla danışmışdıq.

Çox qısa zamanda azadlıqda olacağı barədə söhbətimiz olmuşdu. Bu çox böyük hadisədir. Ramil Səfərov yeni həbs olunanda onu ziyarət etmək üçün Masarıstana, həbsxanaya getmidşim. Onu ziyarət edən zaman demişdi ki, bayraq və Vətən bizim şərəfimizdir. Biz icazə verməməliyik ki, kimsə onu təhqir etsin. Ramil Səfərov Azərbaycanın layiqli övladlarından biridir. O, elə millətini sevən insandır ki, həbsxanada olanda da milləti üçün yararlı işlər görürdü.

Macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə tərcümələr edirdi. Mən inanıram ki, Vətəni üçün bu gözəl işlərini davam etdirəcək. Cənab prezidentin bu addımı gənclər üçün örnəkdir ki, Vətəni, milləti, dövləti üçün mübarizə aparan, onun uğrunda ölümdən belə keçməyə hazır olan insanların hər zaman dövlət arxasında olacaq. Ona görə də sevinirəm", - deyə millət vəkili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə