1997-ci ildən 2000-ci ilə qədər AXCP Gənclər Komitəsində şöbə müdiri vəzifəsində çalışmışam və partiyanın daxilində baş verən hadisələrin canlı şahidi olmuşam. Bunu həmin illərdə AXCP gənclər komitəsində rəhbər vəzifələrə çalışan və hal-hazırda BAXCP sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsini daşıyan Niyaməddin Orduxanlı SİA-a açıqlamasında deyib.
Onun sözlərinə görə, AXCP sədrinin müavini vəzifəsində çalışmış Əli Kərimlinin Əbülfəz Elçibəyə etdiyi xəyanəti öz gözləri ilə görüb. Bundan başqa eks-AXCP-çi deyib ki, bu gün mətbuata çıxıb Əli Kərimlini müdafiə edən adamları görəndə dəhşətə gəlirəm. Elə sonucu acıqlama verən Flora Kərimova 2000-ci ilin avqust ayında Əli Kərimliyə qarşı verdiyi acıqlamalarda onun Elçibəyə qarşı xəyanətlər törətdiyini deyirdi: "Xatırlayıram, Əbülfəz bəyin dəfn gününü. Bu gün Əli Kərimlini "müdafiə" edən adamlar dəfndə onu necə kəskin təhqir edirdilər? Bu hadisənin canlı şahidləri də var. Gedin, vaxti ilə Əli Kərimlinin mühafizəçiləri işləmiş və həmin vaxtda dəfndə iştirak edən şəxsləri danışdırın, onda bilərsiniz ki, mən həqiqəti deyirəm".
Niyammədin Orduxanlı həmçinin qeyd edib ki, Əli Kərimli Əbülfəz bəyə qarşı ən iyrənc yazıların sifarişini verirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB