“Müxalifət Elçibəyin ölümünə siyasi rəng verməyə çalışır” MÜNASİBƏT
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özü partiya sədridir və hesab edirəm ki, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalıdır. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə müsahibəsində Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi faktına münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, H.Hacıyev Azərbaycan vətəndaşı olmaqla yanaşı, həm də müxalifətdə olan bir partiyanın sədridir: "Sözsüz ki, onun qaldırdığı bu məsələyə də hüquq-mühafizə orqanları çox düzgün bir şəkildə reaksiya verir. Bu məsələnin araşdırılması da vacibdir. Vaxtıkən, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy hakimiyyətdə olduğu zaman da İ.Qəmbər, Ə.Kərimli bu və ya digər şəkildə səlahiyyət sahibi olublar. Bunlar daim Ə.Elçibəyi cəmiyyətdən təcrid etməyə çalışırdılar. O dövrdə hətta belə bir fikir də səslənirdi ki, onlar eks-prezidentə qarşı fiziki güc də tətbiq edirdilər. 2000-ci ildə Ə.Elçibəy dünyasını dəyişdikdən sonra onun zəhərlənməsi və onun ətrafında olan insanların bu tərzdə davranması ilə bağlı söhbətlər var idi. Ə.Elçibəyin özü sağ olanda belə daimi olaraq ona fiziki, mənəvi təzyiq göstərirdilər və təsir altında saxlayırdılar. O, hətta televiziya vasitəsilə çıxışlarının birində qeyd edirdi ki, mənə gah sağdan, gah da ki, soldan təzyiqlər olunur. H.Hacıyev əgər zəhərlənmə faktı ilə bağlı fikir səsləndirirsə demək hansısa arqumentlərə əsaslanaraq bunu deyir. Hesab edirəm ki, bu fikirə də hörmətlə yanaşılmalıdır. Bu məsələ hər hansı sıradan bir vətəndaşın qaldırdığı məsələdən çox fərqlənir. Əgər siyasi qurumun, müxalifət yönümlü bir partiaynın sədri bu məsələni qaldırırsa yəqin ki, onun əlində tutarlı əsaslar var və istəməz ki, ittihamları yalan olsun. Hafiz Hacıyevin əlində tutarlı əsas olmasa bu addımı ata bilməz. Hesab edirəm ki, bu ittiham arqumentiz deyil".
A.Hüseynov həmçinin Əli Kərimli, İsa Qəmbər və digərlərinin bu məsələləri siyasiləşdirməsinə də münasibət bildirib: "Burada siyasi motivdən söhbət belə gedə bilməz. Digər tərəfdən bu amilləri İ.Qəmbər, Ə.Kərimli öz xeyirlərinə siyasiləşdirməyə çalışırlar. Cinayət işinin araşdırılması ilə ilk növbədə hüquq-mühafizə orqanları məşğul olacaq. Xüsusilə xatrılatmaq istərdim ki, artıq eks-prezidentlər haqqında qanun qəbul olunub. Radikal düşərgənin üzvləri İ.Qəmbər, Ə.Kərimli fikirləşirlər ki, buna daha ciddi yanaşılacaq və zəhərlənmə faktı ilə bağlı məsələ öz təsdiqini taparsa onların siyasi karyeralarına birdəfəlik son qoyula bilər. Belə olan təqdirdə hər iki müxalifət funksioneri hadisəyə siyasi rəng verməyə çalışacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB